Musiqi

Uşaqlar, ay, uşaqlar

Musiqi: Cahangir Cahangirov
Söz: Zeynal Cabbarzadə

 

 

Qış getdi, gəldi bahar,
Yaşıllaşdı ağaclar
Çağırır hər yan bizi,
Uşaqlar, ay uşaqlar.

 

Nəqərat:


Sellər daşdı,
Güllər açdı,
Quşlar uçdu
Çöllərdə.
 

Yamyaşıl düşərgəmiz
Gözləyir, dostlar, bizi.
Zəhmət möhkəmlədəcək
Bizim bədənimizi.

 

Nəqərat:


Sellər daşdı,
Güllər açdı,
Quşlar uçdu
Çöllərdə.