Görkəmli şəxsiyyətlər

Robert Boyl

Görkəmli ingilis alimi Robert Boylun elmi fəaliyyəti - fizika və kimya sahəsindəki təcrübə metoduna əsaslanmış və o, atomistik nəzəriyyəni inkişaf etdirmişdir. Boyl, 1660-cı ildə təzyiq dəyişikliyi ilə qazların (xüsusən də havanın) həcmindəki dəyişiklik qanunu kəşf etdi. 1654-cü ildə isə cismlərin tərkibini analiz etmək konsepsiyasını elmə gətirdi. Bu konsepsiya Boyl-Mariott qanununun adını aldı: bu qanun daha sonra Fransız fiziki Edm Marriott tərəfindən formalaşdırıldı.

 

Robert Boyl  ilk modern kimyaçı kimi tanınır. Boylın gördüyü işlərdən ən məşhuru "The Sceptical Chemist" (Skeptic Kimyaçı) kitabıdır. Bu kitabında o, elementləri "ilk bəsit cisimlər" kimi müəyyənləşdirmişdir. Boyl kimyada vəsfi analizin əsasını qoymuş, eyni zamanda çoxlu sayda rəngarəng fiziki- kimyəvi təcrübələr apararaq hər iki elm sahəsində çox dəyərli kəşflər etmişdir. 1661-ci ildə kimyəvi elementləri təyin etməyin metodunu vermiş, havanın kimyəvi və fiziki xassəsini öyrənmiş, 1662-cı ildə isə qaz qanununu kəşf etmişdir.

 

Rober Boyl 25 yanvar 1627-ci ildə Lismorda (İrlandiya) anadan olub, İton Kollecində (1635-1638) və Cenevrə Akademiyasında (1639-1644) təhsil alıb. Bundan sonra, 12 il boyunca kimyəvi araşdırmalar apardığı Stolbricdəki evində demək olar ki, uzun müddət yaşayıb. 1656-cı ildə Boyl Oksforda, 1668-ci ildə isə Londona köçüb, burada da vəfat etmişdir.


Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb. Boylun tədqiqat işləri molekulyar fizikaya, işıq və elektrik hadisələrinin öyrənilməsinə, hidrostatika, akustika, istilik və mexanikaya aid olmuşdur.


Boyl 1660-cı ildə «hava yayına aid yeni təcrübələr» adlı əsərini yazır. O, təcrübələr aparıb müəyyən edir ki, qaz özünü sıxılmış yay kimi aparır. Havanın elastikliyinin Boyl tərəfindən öyrənilməsi hava nasoslarının ixtirasına səbəb oldu. Boyl öyrənir ki, havanı sorub çıxartdıqda oradakı civə sütunu aşağı enir, yəni təzyiq azalır. O, eyni zamanda təzyiqi azaltdıqda suyun tez qaynadığını /qaynamanın təzyiqdən asılılığı/ müəyyən edir.

 

1660-cı ildə Boyl kalium asetatı distillə edərək aseton əldə etdi, 1680-ci ildə sümüklərdən fosfor əldə etmək üçün yeni bir metod inkişaf etdirdi, fosfor turşusu və fosfin aldı.


Boyl nasosu təkmilləşdirərək «böyük pnevmatik maşın» qurmuş və Otto Herikenin /1654-cü ildə Maqdeburqda apardığı/ tarixi təcrübəsini böyük məharətlə təkrar etmişdir. Barometr adını Boyl elmə daxil edib (1662). Robert Boyl Pnevmatik maşının köməyi ilə 25 mm. c.s. tərtibində təzyiq almağa nail olmuşdur ki, bu XVII əsr elmində ən böyük nailiyyət hesab edilir. 


Robert Boyl İngiltərənin təbii sərvətləri ilə çox maraqlanmış, mineralları və filizləri öyrənmiş, sənayedə onlardan istifadə olunması ilə məşğul olmuşdur. Boylun əsərlərinin təxminən üçdə biri teologiyaya həsr olunmuşdur. Bibliyanın türk, ərəb, malayya dillərinə tərcümə olunmasını Boyl şəxsi pulu hesabına etmişdir. O, 1663-cü ildə London Kral cəmiyyətinin üzvü seçilmişdir. Boyl 1668-ci ildə Londona köçüb. 1680-ci ildə London Kral cəmiyyətinin prezidenti seçilmiş, lakin bu vəzifəni daşımaqdan imtina etmişdir.


Robert Boyle 1691-ci il dekabrın 30-da vəfat etdi və gələcək nəsillərə zəngin bir elmi miras qoydu. Boyl çox kitab yazdı, bəziləri alimin ölümündən sonra nəşr olundu: bəzi əlyazmalar Kral Cəmiyyətinin arxivində tapılıb.