Bu maraqlıdır!

Şotlandiyanın Kosmik Yansımalar Bağı

Şotlandiyanin Cənub-Qərbində, Damfas şəhərində yerləşən Kosmik Yansımalar parkı, haqlı olaraq planetin ən orijinal və ən maraqlı məkanlarından biridir. 


Bu parkda yaradılan sənət əsərləri həqiqətən misilsizdir. Həqiqət budur ki, burada adi çiçək yataqları, köhnə ağaclar və fəvvarələr tapa bilməzsiniz. Postmodernizmin müəllifi Çarlz Cenks və xanımı peyzaj dizayneri Meqi Cesvors tərəfindən yaradılan bu özəl park elmi düşüncənin simvoludur. 1988-ci ildə Meqi Portrak Hous- un varisi olduqdan sonra, cütlük miniatür bir bağ-kainat yaratmaq fikrinə düşdü. Məqsəd - kainatın yaranma və inkişaf prosesini göstərmək, insanın bu nəhəng məkanda yerini müəyyənləşdirmək və elmin naməlum məkanda yalnız kiçik bir hissəcik olduğunu xatırlatmaq idi.


Layihə üzərində işləyərkən Çarlz fraktal həndəsədən, Meqi isə harmoniya və müdrikliklə dolu Çin fəlsəfəsindən ilham aldı. Cütluk parkın üzərində bir il işlədi. Nəticədə 16,2 hektar ərazidə hamar, dalğalı və əyri relyef xətləri ilə dolu bir bağ meydana gəldi. Park Çin miniatürlərinə bənzər olaraq Kainatın yaranması, insan həyatının mənasını və Kosmos haqqında düşüncələri əks etdirir.


Parkın cazibədar yerlərini sözlə təsvir etmək çox çətindir; burada DNT zəncirlərini, riyazi heykəlləri, qara dəlikləri, atomları, piramidaları, atomları, elm və insanın inkişaf tarixini simvolizə edən bir çox spiral quruluşlar var. Təəssüf ki, park özəl bir mülk olduğundan parka girmək heç də asan deyil. Ancaq bəzən (ümumiyyətlə ildə bir neçə dəfə) parkın qurucuları, yəni sahibləri, düşüncə bağını hər kəsin üzünə açır.