İstəyirsən ordaca qal!
Bir şəkili dirəyin üstündəki qırılmış elektrik xəttini calamaq üçün montyor çağırtdırır.
Montyor xeyli götür-qoy edəndən sonra deyir:
- Qardaş, habıra dırmaşmax da, düşmax da çətin məsələdi...
Ev yiyəsi gülümsünərək:
- Bir beşdik versəm, düzələr?
Montyor peysərini qaşıya-qaşıya cavab verir:
- Dırmaşmağa düzələr, amma aşağı düşməyi də var! Bir beşdik qalxmağa, biri də düşmağa!
Razılaşırlar.
Montyor dirəyə dırmaşıb xətti calayandan sonra ev yiyəsi onun çax-çaxdan asdığı pencəyinin döş cibinə bir beşlik sancaraq deyir:
- Çox sağ ol, bu da sənin beşdiyin! Mən borcumnan qurtardım!
- A saqqalı ağarmış, bəs düşməyimin haqqı?..
- İstəyirsən düş, istəyirsən ordaca qal, - deyə ev yiyəsi oradan uzaqlaşır.
09.07.2021