Təbiət

Serval

Serval və ya kol pişiyi (Leptailurus serval) – xarici görünüşünə görə daha çox Heparda bənzəyən bu vəhşi, uzun ayaqlı, incə pişik əslində Vaşaq və Qaraqulağın yaxın qohumudur. Orta bədən ölçüsünə sahibdir. Bədən və baş ölçüsünə nisbətdə ayaqları çox uzundur və nisbətsiz dərəcədə böyük dairəvi qulaqlarına sahibdir. Başı kiçik, quyruğu qısadır (yerə çatmır). Heyvanın bədən rəngi – sarımtıldır, boz fonda tünd ləkələr və zolaqlar vardır. Qarın, ağız və sinə nahiyəsi ağ rəngdədir. Fərqli coğrafi ərazilərdəki servalların rəngi fərqlidir. Dağlarda tamamilə qaradərili fərdlərə rast gəlmək mümkündür. Gümüşü boz ləkələri olan ağ servallar belə var. Çəkisi: 13-18 kq, bədən hündürlüyü (quru yerdə): 70 santimetrə qədərdir.


Yaşayış arealı:


Afrika (Sahara, ekvatorial meşə zonası və materikin həddindən artıq cənubundan başqa).


Həyat tərzi:


Serval Afrikanın quru çöllərindən, quru düzənliklərindən və nəm tropik meşələrindən qaçaraq, əsasən otlu kolluq olan açıq yerlərdə yaşayır, bir qayda olaraq suyun yaxınlığında məskunlaşıb. Serval əsasən ova səhər saat 4-5-də və axşam saat 10-11-dən sonra çıxır. Uzun güclü ayaqlarına baxmayaraq serval uzun müddət ovunu izləyə bilmir. Onun ov üsulu başqa bir pişik - qaraqulağın ov taktikasına bənzəyir. Serval hündür otların arasında ov edir; zərurət yarandıqda  hündürlüyü 3 m-ə çatan göyə sıçramalar edir. 


Yaxşı üzür. Tək başına yaşayan heyvandır. Öz cinsindən olan başqa servalla aralarında toqquşmalar nadir hallarda baş verir. Təhlükə vəziyyətində gizlənməyi və ya qaçmağı, gözlənilməz sıçrayış etməyi və ya qaçış istiqamətini birdən dəyişdirməyi, daha az ağaclara dırmaşmağı üstün tuturlar.


Qida rasionu:


Qida rasionunu əsasən gəmiricilər, dovşanlar, kiçik antiloplar, həmçinin flaminqolar, dəniz quşları və digər quşlar təşkil edir. Böyük qulaqlar və yaxşı inkişaf etmiş eşitmə onlara gəmiriciləri və kərtənkələləri izləməyə kömək edir və uzun ayaqlar savannanın hündür otlarında hərəkət etməyi asanlaşdırır və üzərindən şikarına baxmağa kömək edir. 


Çoxalması:


Cütlər yalnız dişidə estrus dövrü üçün yaradılır. Bu bir neçə gün ərzində erkək və dişi birlikdə ov edir və dincəlir. Doğuş üçün dişi  sıx otlarda yuva qurur. Hamiləlik 65-75 gün davam edir. Dişi 2-3 bala doğur. Laktasiya 7,5 aya qədər davam edir. 


Erkək balalar təkbaşına ovlamağa başlayan kimi, ana onları yaşadığı yerdən qovur. Dişi balalar analarının yanında bir az daha qalırlar.


Orta ömrü: 15-20 il.


İlk dəfə serval haqqında qədim Misirdə bəhs edilmişdir - meşə və çöl pişikləri ilə birlikdə insanlara gəmiricilər və ilanların hücumundan qaçmağa kömək etmişdir. Buna görə misirlilər arasında servallar müqəddəs heyvan statusuna sahib idilər. İndiyə qədər pişiklərin zərif heykəlciklərinin mükəmməlliyi və hətta onların fərdi mumyaları incə detalları ilə arxeoloqları heyran edir.


Tarixən serval, Sahara Səhrası, ekvatorial meşələr və materikin cənubundan başqa praktik olaraq bütün Afrikada yaşamışlar. Bu vəhşi pişiklərə əvvəlcə su hövzələri yaxınlığındakı kolluqlarda yaşadıqlarına görə “kol pişikləri” də deyilir.


Vaxt keçdikcə heyvan sevənlər servalları ev pişiyi kimi əhilləşdirməyə başladılar. Bu heyvan Avropada göründüyü 19-cu əsrin sonlarından bəri ev heyvanı olaraq hesab edilir. Serval - sərvət simvolu hesab edilir. İndi serval sahibi olan evlər yüksək statusun göstəricisidir.