Bu maraqlıdır!

İlk təyyarə və uçuşun tarixçəsi

Orvill və Vilber Rayt ilk təyyarənin ixtiraçılarıdır. 17 dekabr 1903-cü ildə, Rayt qardaşları öz gücüylə işləyən, sürətini tənzimləyə bilən uçan bir maşını müvəffəqiyyətlə test etmişlər. Beləliklə, bəşər tarixində “uçuş erası”nın başlanğıcı qoyulmuşdur. Təyyarənin izahını belə verə bilərik ki, təyyarə tərpənməz qanadları olan uçan bir cihazdır. Rayt qardaşlarının ixtirası hazırki müasir təyyarə modelinin “atası” hesab edilir.

 

Unutmamalıyıq ki, tarix boyu onlarla təyyarə növü məhz Rayt qardaşlarının ərsəyə gətirdiyi modelin təməl prinsipləri əsasında hazırlanmışdır.

 

 

 

1903-cü ildə Rayt qardaşları ilk uçuşunu etməzdən öncə, bir çox başqa ixtiraçılar buna nail olmaq üçün çox cəhdlər etmişlər. Bu səylər çərpələnglər, isti hava balonları, dirijabl kimi müxtəlif cihazlar üzərində aparılmışdır. Bu yolda bir sıra inkişaflar olmuşdur. Bütün bunların nəticəsində, Rayt qardaşları insan uçuşunu mümkün etmək qərarına gəlmişlər.

 

İlkin cəhdlər və Pilotsuz Uçuşlar


1899-cu ildə Vilber Rayt Smitsonov İnstitutuna müraciət edərək öz uçuş təcrübələri haqqında məlumat vermişdir. Sonra isə qardaşı Orvill Rayt ilə birlikdə ilk təyyarə modelini hazırlamışlar.

 

Rayt qardaşları xeyli vaxt quşların uçmağını müşahidə etmişdir. Belə ki, onlar quşların uçuş taktikasını təyyarə üzərində tətbiq etmək istəyirdilər. Onlar quşların küləyin əksinə uçduğunu və qanadlarının nahamar səthindən keçən havanın onları qaldırdığı qənaətinə gəldilər. Quşlar dönmək və manevr etmək üçün qanadlarının şəklini dəyişir. Qardaşlar da bu üsuldan istifadə edərək təyyarənin idarə edilə biləcəyinin mümkünlüyünə inanırdılar.

 

Növbəti üç il ərzində Vilber və qardaşı Orvill, həm pilotlu, həm də pilotsuz uçan bir neçə təyyarə modeli tərtib etdilər. Otto Lilientalın uçuşları haqqında xeyli məlumat topladılar. Həmçinin, Oktav Şanyut ilə bəzi fikir mübadiləsi etdilər. Belə qərara gəldilər ki, təyyarəni idarə etmək məsələsi həll edilməsi çətin bir problemdir.

 

Əslində, bu, ilk pilotlu sınaq idi. Əldə etdikləri müsbət nəticələrə arxalanaraq, Rayt qardaşları idarəni və təyyarənin enməsini tənzimləməyi, daha böyük bir təyyarənin hazırlanmasını hədəfləyirdi.

 

1901-ci ildə, Şimali Karolində Rayt qardaşları o tarixə kimi olan ən böyük təyyarəni uçuraraq tarix yazdılar. Təxminən 100 kiloqram çəkisi olan bu qurğunun 22 metr uzunluğu var idi. Haşiəyə çıxaraq əlavə etmək maraqlı olardı ki, müasir aviasiyada istifadə edilən bir çox təyyarələrin qanadlarının ümumi uzunluğu 60-70 metr qədər uzundur ki, bu da təyyarələrin necə böyüdüyünün sübutlarından biridir. Ancaq uçuş zamanı bir sıra problemlar yaşandı. Qanadların qaldırma gücü kifayət qədər deyildi və bu, bəzən təyyarənin nəzarətdən çıxmasına səbəb olurdu.

 

Onların bu uğursuzluğu hər kəsi inandırırdı ki, insan həyatı boyunca uça bilməyəcək. Lakin uçuş zamanı yaşanmış problemlərə baxmayaraq, Rayt qardaşları testin nəticələrini nəzərdən keçirdikdən sonra, istifadə etdikləri hesablamaların düzgün olmadığı qənaəti gəldilər və nəticədə daha sonra 32 fut (9.7 metr) uzunluğu olan bir qanadlı təyyarə və onu sabitləşdirəcək quyruq hazırladılar.

 

İlk Pilotlu Uçuş


1902-ci ildə Rayt qardaşları yeni təyyarə modelindən istifadə edərək, çoxsaylı test sürüşləri etdilər. Tədqiqatları göstərir ki, hərəkətli bir quyruq balansın qorunmasına kömək edə bilər və buna görə təyyarələrə hərəkətli bir quyruq quraşdırıldı.

 

Aylarca pərvanələrin necə işlədiyini öyrəndikdən sonra, Rayt qardaşları motorun ağırlığını və vibrasiyasını təmin etmək üçün kifayət qədər etibarlı bir mühərrik və yeni bir təyyarə modeli hazırladılar. “Flayer” adlanan bu nümunə 700 pound ağırlığında idi. Beləliklə, tarixdə ilk pilotlu uçuş 17 dekabr 1903-cü ildə Orvill Rayt tərəfindən müvəffəqiyyətlə həyata keçirilmişdi.

 

Rayt qardaşlarından sonra təyyarənin inkişafı tarixi


1911-ci ildə Rayt qardaşlarının Vin Fiz adlanan təyyarəsi Amerika Birləşmiş Ştatları üzərindən uçmuşdur və bu, bir ilk idi. 84 gün davam edən uçuş 70 dəfə yerə enərək, yanacaq götürmək məcburiyyətində qalmışdır.

 

Rayt qardaşları təyyarə modelini təkmilləşdirməyə davam edirdi. Bu səylər də öz növbəsində həm hərbi, həm də kommersiya məqsədi ilə istifadə edilən və jet adlandırılan yeni növün ixtirası ilə nəticələndi. Jet reaktiv mühərriklə işləyən bir təyyarədir. Həmçinin, o, adi təyyarələrdən daha güclüdür və hətta, 10000-15000 metrə qədər hündürlüyə qalxırdı. İngiltərədən Frank Vitl və Almaniyadan Hans von Oheyn kimi mühəndislərə 1930-cu illərin sonlarında reaktiv mühərrikinin təkmilləşdirilməsi tapşırılmışdı.

 

1970-ci illərdən etibarən isə reaktiv mühərriki ilə çalışan daha da təkmil və komfortlu təyyarələr istehsal olunub. Son illər ərzində isə, bəzi istehsalçı şirkətlər daxili yanma mühərriklərinə deyil, elektrik mühərrikləri ilə çalışan təyyarələr üzərində işləyərək onu daha da modernləşdirmişlər. Elektrik enerjisi müxtəlif alternativ yanacaqlardan əldə edilir. Bununla da, texnologiya inkişaf etdikcə bəzi yanacaq məhsullarını marketlərdən belə əldə etmək mümkün hal almışdır.