Vladimir Mayakovski. Yaxşı nədir, pis nədir
Uşaq dedi: – Ay ata!
Sən başa sal görüm bir,
Yaxşı nədir, pis nədir?
Qulaq asın, uşaqlar!
Atanın cavabları
Bizim bu kitabda var.
Əgər uşaq sevirsə
Diş tozunu, sabunu,
Demək, yaxşı iş görür,
Hamı bəyənir bunu.
Dəftəri, ya kitabı
Cırmısansa, bunu bil,
Hamı sənə deyəcək:
– Bu, yaxşı uşaq deyil.
Pintidirsə bir uşaq,
Çirklidirsə üz-gözü,
Əlbəttə, bu, çox pisdir,
Bilir uşaqlar özü.
Çoxlu kitab oxuyan,
Zəhmətkeş, əməksevər
Şagirdə baxıb hər kəs:
– Yaxşı uşaqdır, – deyər.
Xeyli sevindi uşaq
Oxuyub cavabları.
Dedi: – Oxusun hamı
Bu sayaq kitabları!
07.10.2022