Şeirlər

Hüseyn Abbaszadə. Özümüz oxuyarıq

Rəflərimiz şəkilli
Kitablarla doludur.
Biri “Cırtdan” nağılı,
O biri “Koroğlu”dur.
Nizami baba yazmış,
Bax, bu kitab “Fitnə”dir.
Heç o qalın kitabın
Adı bilirsən nədir?
Hərfləri keçmişik,
Bilirik əlifbanı,
Özümüz oxuyarıq
“Şəngülüm”ü, “Cırtdan”ı.