Nə bildin, nə yazmışam?
Molla bir gün dostlarından birinə məktub yazırmış. Bir nəfər də onun yanında durub, o yazdıqca altdan-altdan yazdıqlarını oxuyurmuş. Molla axırda təngə gəlib məktubda yazır: “Əziz dostum, sənə çox şeylər yazacaqdım. Ancaq bu saat yanımda ədəbsizin biri dayanıb, hər nə yazıramsa, oxuyur”.
Kişi bunu da oxuyub hirslənir ki:
— Bu nədir? Sənin nə haqqın var, məni ədəbsiz adlandırırsan?
Molla deyir: — Çünki başqasının məktubunu oxuyursan.
Kişi deyir: — Mən nə zaman sənin məktubunu oxudum?
Molla deyir:
— İndi ki, oxumursan, nə bildin mən sənin haqqında ora nə yazmışam?
10.09.2021