Göyə niyə dırmaşmısan?
Molla Nəsrəddinin Teymur Lənglə ilk görüşü haqqında belə bir rəvayət də vardır:
Teymur mollanı saraya çağırtdırır. Molla içəriyə girib görür ki,otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
- Salam əleyküm,Ya Allah!
Teymur deyir:
- Mən Allah deyiləm , ay kişi! Mən…
Molla onun sözünü ağzında qoyub deyir:
Qurban olum sənə, ya cənab Cəbrayıl!
Teymur deyir:
- A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
Molla deyir:
Başa düşmürəm. İndi ki, nə Allahsan, nədəki mələk. Onda düş, adam kimi otur adamların içində də. Daha göyə niyə dırmaşmısan?