Təbiət

Raggiana cənnət quşu

Raggiana cənnət quşu (lat. Paradisaea raggiana) - Papua Yeni Qvineyanın milli simvolu hesab olunan, Paradisaeidae dəstəsi, sərçəkimilər ailəsinə aid quş növüdür. 


Raggiana cənnət quşu gözəlliyi ilə görənləri heyran edir. Qırmızı, narıncı, sarı və mavi rənglərin üstünlük təşkil etdiyi parlaq tüklərə sahibdir. Erkək fərdlər dişilərdən daha parlaq rəngdədir; bir çoxlarının başlarında, yan hissələrində və ya quyruqlarında bəzədici lələklər vardır ki, bu da cütləşmə mövsümü erkək fərdlər meşə sahələrində qruplarla toplaşaraq, dişi fərdlər qarşısında rəqs zamanı nümayiş etdirirlər. 


Raggiana cənnət quşunun ölçüsü kiçikdir, cəmi 34 sm uzunluğundadır; erkək fərdin çəkisi - 270 qr, dişilərin isə təxminən 170 qramdır. Yalnız Yeni Qvineya və ona bitişik kiçik adalarda yayılmışdır. Buna görə də Raggiana cənnət quşu bu ölkənin milli simvolu hesab edilir. Ümumiyyətlə, Yeni Qvineya adasında cənnət quşunun 45 növündan 38 -nə rast gəlmək mümkündür.


Papua Yeni Qvineya üçün cənnət quşu - millətin birliyinin təcəssümüdür. Banknotda, cənnət quşu aborigenlərin istifadə etdiyi nizə və ölkənin daha bir simvolu hesab edilən musiqi aləti kundunun üzərində oturmuş şəkildə təsvil edilib.