Oğrunu axtaran Bəhlul Danəndə
Bir gün gecə oğru Bəhlul Danəndənin evinə girib hər nə varı idisə oğurlayır. Bunu görən Bəhlul qəbristanlığa gəlib günlərlə orada oturur.
Bundan təəccüblənən camaat ondan soruşur:
- Oğru sənin mal-mülkünü oğurlayıb, sən isə gəlib qəbristanlıqda oturmusan?
Bəhlul cavablarında deyir:
- Gec-tez oğrunu buraya gətirəcəklər, mən də onunla hesablaşacam.
Bu zaman qəbristanlığa məmləkətin zülmkar, haramxor biri kimi tanınan varlı birinin cənazəsini gətirirlər. Bəhlul "deyəsən, oğrunu tapdım" deyir və cənazəyə tərəf getmək istəyir. Bunu görən camaat onu saxlayaraq:
"Sakit ol! Ucadan danışma! Bu cənazə şəhərin ən zənginlərindən birinindir. O, gəlib gecə vaxtı sənin malını oğurlayacaq deyil ki?!" - deyirlər.
- Hə düz deyirsiniz, bu adam gündüzləri açıq-aşkar oğurluq eləyəndir. Mənim evimə girən isə gecə oğurluq edib.
13.10.2021