Yumor

Rus dili

Molladan soruşurlar:


— Molla, rus dilini bilirsən?


Molla cavab verir:


— Bəli.


— Rusca «bura gəl», necə deyirlər?


-İdi suda.


-Bəs, «o yana get», necə deyirlər?


Molla gülüb, deyir:


— Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm — «idi suda».