Yumor

Mollanın ölməyi

Bir gün, Molla meşədə odun qırarkən, əl-ayağının soyuduğunu görüb, uzanır yerə. Bir neçə saatdan sonra, çobanlar onu orada görüb, kəndə xəbər aparırlar. Camaat tabut-zad götürüb gəlir ki, Mollanın ölüsünü aparsın. Bəli, ədəb-ərkanla kişini tabuta qoyub götürürlər.

 

Yolun bir yerində getdikləri yol iki yerə ayrılır. Adamların arasında mübahisə düşür. Bir neçəsi deyir: «O yol ilə gedək». Mübahisənin çox uzun sürdüyünü eşidən Molla Nəsrəddin tabutdan başını qaldırıb deyir:


— Mən, diri vaxtımda həmişə bu yol ilə gedərdim.