Şeirlər

Mirvarid Dilbazi. Şirin dillim

Saçlarından tel əsəndə,
Telinə qurban olmuşam.
Dilin sözə tələsəndə,
Dilinə qurban olmuşam.

 

Təzə çıxan süd dişinə,
Qəh-qəhəli gülüşünə.
Tırıp- tırıp yerişinə,
Baxmışam heyran olmuşam.

 

 

 

Yanağının gülü solsa,
Könlün bir an tutqun olsa,
Bir ağrıyla gözün dolsa,
Mən ürəyi qan olmuşam.

 

Keçib getdi ayım, ilim,
Sən açıldın, qönçə gülüm,
” Ana” deyən gündən dilin,
Bəxtiyar insan olmuşam.