Bu maraqlıdır!

Tortun yaranma tarixi

Tort bütün dünya xalqlarının mətbəxində geniş yayılan un məmulatı və şirniyyat növüdür. Böyük əksəriyyət tərəfindən bu şirniyyat növü çox sevilir və ailələrdə mühüm əlamətdar günlərdə tort süfrəmizin əsas bəzəyidir.

 

Qədim Misirlilərin dövründə ilk tort yaranmışdı. İndiki tortlar kimi bol və fərqli tərkibli deyildi. Undan adi xəmir düzəldilirdi. Bal ilə şirinləşdirilirdi. Misirlilər tortun içinə quru meyvələr də əlavə edirdilər. Onlar özlərinə yeni firon seçəndə onun üçün tort hazırlayırdılar. Çünki firon onların allahı idi və beləliklə də onlar allahlarının doğumunu qeyd etmək üçün tortu kəşf etdilər.

 

Qədim Yunan xalqı da eyni ənənəni davam etdirir. Onlar ay allahı Artemis üçün yumru tort bişirirdilər. Üzərinə isə şam qoyurdular. Şamlar ayın parıltısını təcəssüm edirdi. Bundan da başqa şamın tüstüsünün duaları Allaha tez çatdırdığını düşünürdülər.

 

Daha sonra XVII-ci əsrdən etibarən Avropada daha fərqli növdə tortlar hazırlanmağa başlandı. İlk dəfə Fransada geniş reseptlər yayılmağa başladı. Ən tanınmış tort ustası isə Antonin Karem (1784-1833) idi.

 

Almaniyada ad günlərində, ilk dəfə uşaq bayramlarında tort bişirilməyə başlad. Verdiyi mesaj isə lap ürək açan idi- Sən müqəddəslər qədər önəmlisən!

 

 

Daha öncələr tort üçün istifadə edilən məhsullar baha idi. Ona görə də ancaq varlı ailələr tort almağa qadir idilər. Zaman keçdikcə rəqabət artdı, daha uyğun variantlar çıxdı. Beləliklə də tort çox məclislərin çoxunun sevimli desertinə çevrildi.