Yumor

Dəli bulaq

İsti yay günlərindən birində, Molla uzaq bir yerdən gəlirmiş. Yolda bərk susayır. Axtarıb bir bulaq tapır. Baxır ki, bulağın gözünə bir daş tıxayıblar. Daşı çəkir ki, əyilib su içsin, su fışqırıb Mollanın üst-başını isladır. Molla daşı təzədən bulağın gözünə salıb deyir:


— Elə belə dəlisən ki, ağzını tıxayıblar da...