Bu maraqlıdır!

Çay üzərində qeyri-adi körpü

Avstriyada Murinsel Adası körpüsü “Avropa Mədəniyyət Paytaxtı” adı uğrunda yarışma çərçivəsində yaradılıb. Bu orijinal şüşə-qurğu amerikalı arxitektor və rəssam Vito Akkonçinin layihəsi əsasında hazırlanıb.

 

 Mur çayının sahillərini birləşdirən Murinsel ada körpüsü nəhəng iki qaba bənzəyir. Birinci qabın içərisində kafe-bar, açıq sahədə isə amfiteatr və uşaq meydançası yerləşir.

 

Şüşə qab istənilən vaxt çox orijinal görünür, lakin gecələr çox rəngli işıqlandırma sayəsində bu qeyri-adi körpü Avropa şəhərinin ən bənzərsiz bəzəyinə çevrilir. Sahəsi 1000 kvadratmetr olan konstruksiya çayın dibinə lövbərlər vasitəsilə bərkidilib.