Yumor

Könlüm razı olmadı

Uzunqulağı ilə qəsəbəyə alış-verişə gedən Molla Nəsrəddin kitab, alma, limon və bir çox başqa ağır şeylər alır. Aldıqlarını böyük bir kisəyə yerləşdirir. Kisəni çiyninə aşırıb uzunqulağına minir.

 

Yolda Mollanı görənlər soruşur:

 

- Ay Molla, kisəni niyə çiyninə aşırmısan?

 

Molla cavab verir:

 

- Bəs nə edim? Yazıq heyvan onsuzda məni daşıyır, kisəmi də daşımağına könlüm razı olmadı.