Məktəbin yanında
Şəkili Zaur yolu qırmızı işıqda keçirdi. Bunu görən yol müfəttişi onu saxlayıb soruşdu:
— Sən hansı məktəbdə oxuyursan?
Zaur əvvəl fikirləşdi, sonra ağlına nə gəldisə, gülümsəyərək dedi:
— Evimizin yanındakı məktəbdə.
— Bəs eviniz haradadır? — deyə müfəttiş soruşdu.
Zaur özünü itirmədən dedi:
— Məktəbin yanında.
01.11.2021