Etiraz etmirəm
Sinif rəhbəri:
— Uşaqlar, bu gün sizə yeni dərs kitabları paylayacağam.
Sonra Cəmilə dedi:
— Sənə kitab verməyəcəyəm. Çünki ötən ilki dərslikləri yaxşı saxlamamısan. Düzdür?
— Düzdür, müəllim!
— Etiraz etmirsən ki?
Cəmil öz sevincini gizlədə bilməyib dedi:
— Xeyr! Xeyr! Etiraz etmirəm!
02.11.2021