Xəbərlər

Bakı Avropa Liseyində "Zəfər bayramı" na həsr olunmuş tədbir keçirilib

Noyabrın 3-də Bakı Avropa Liseyində "Zəfər bayramı" na həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

 

Tədbirdə Azərbaycan ordusunun şanlı qələbəsi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu barədə məlumat verilib. Bu qələbənin son illərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi, siyasi və diplomatik sahədə həyata keçirdiyi misilsiz tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsi olduğu bildirilib.

 

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Şagirdlər vətənə və şəhidlərə aid şeirlər söyləyib, milli rəqslər ifa ediblər.