Nağıllar, hekayələr

Maksim Qorkiy. Sərçəcik

Sərçələrdə də insanlar kimi: böyüklər darıxdırıcı quşçulağazdırlar və hər şey barədə çox danışırlar – lap kitablardakı kimi, gənclər isə öz ağılları ilə yaşayırlar.
 
Bir sarı dimdikli sərçə yaşayırdı, onun adı Pudik idi, o hamamın pəncərəsinin üst tərəfində kayit və mamırdan yumşaq və rahat yuvasında yaşayırdı. O hələ uçmağa cəhd etməmişdi, amma qanadlarını artıq çırpır və yuvadan  ətrafa baxırdı: dünyanın necə bir yer və onun üçün uyğun olduğunu öyrənmək istəyirdi?
 
- Nə, nə?- deyə ana sərçə ondan soruşdu.
 
O qanadlarını çırparaq və yerə baxaraq cikkildəyirdi.
 
- Həddindən artıq qaradır, həddindən artıq!
 
Ata sərçə yuvaya gəlir, Pudikə cücülər gətirirdi və uçaraq özünü öyürdü: - Mən cik-cikəm?
 
Ana sərçə onu tərifləyərək:
 
- Ciksən, ciksən!
 
Pudik cücüləri udur və fikirləşirdi:
 
“Nə ilə lovğalanırlar-ayaqları ilə qurd veriblər-heyrətamizdir!
 
Elə hey yuvadan boylanır, hər şeyə baxırdı.
 
- Uşaq, uşağım – anası narahat oldu, - gumbultu ilə yıxılarsan!
 
- Nə ilə, nə ilə? –deyə Pudik soruşdu.
 
- Heç nə ilə, yerə yıxılsan pişik səni-cik! Və udar-atası ovlanmaq üçün uçaraq izah etdi.
 
Hər şey beləcə gedirdi, qanadlar isə böyüməyə tələsmirdilər.
 
Bir dəfə külək əsdi- Pudik soruşdu:
 
- Nə, nə?
 
- Külək üzünə əsər- cik! Və səni yerə atar-pişiyə! –ana sərçə izah edir.
 
Bu, Pudikin xoşuna gəlmədi və o dedi:
 
- Niyə ağaclar yırğalanır? Qoy dayansınlar, onda külək də əsməz...
 
Anası ona belə bir şeyin mümkün olmadığını izah etməyə çalışdı, amma o inanmadı, hər şeyi özünə görə izah etməyə çalışırdı. Hamamın yanından bir adam keçirdi, əl qolunu yelləyərək.
 
- Pişik onun qanadlarını qopardıb, - Pudik dedi, - ancaq sümükləri qalıb.
 
- Bu insandır, onların hamısı qanadsızdır! - deyə sərçə cavab verdi.
 
- Niyə? 
 
- Onların həyatı belədir, qanadsız yaşamaq üçün həmişə ayaqları üstündə tullanırlar, hop.
 
- Niyə?
 
Əgər qanadları olsa idi, onlar bizi tuta bilərdilər, necə ki biz hünüləri tuturuq...
 
- Boş sözdür! –Pudik dedi, -Boş sözdür! Hamının qanadları olmalıdır. Yerdə yaşamaq bəlkə də havada uçmaqdan pisdir!... Mən böyüyəndə elə edəcəm ki, hamı uçsun.
 
Pudik anasına inanmırdı; o hələ bilmirdi ki, əgər anana inanmasan sonu yaxşı olmayacaq.
 
O yuvanın lap kənarında oturub özü bəstələdiyi şeirlər zümzümə edirdi:
 
Ey qanadsız insan, 
Sənin iki ayağın var,
Sən böyük olsan belə,
Səni hünülər yeyir!
Amma mən balaca olsam belə,
Hünüləri özüm yeyirəm.
 
O, bu şeirləri oxuduğu vaxt yuvasından aşağı yıxıldı, ana sərçə isə arxasınca uçdu, kürən, yaşıl gözlər-pişik də həmin an ortaya çıxdı.
 
Qorxmuşdu Pudik, qanadlarını gərərək boz ayaqları üstündə belə cikkildəyirdi:
 
- Sağ olun, sağ olun...
 
Lələkləri qorxudan dimdik olmuş ana sərçə onu kənara itələyir, qorxmadan, cəsarətlə dimdiyini açaraq pişiyin gözünü nişan alırdı.
 
- Rədd ol, rədd ol! Uç, Pudik, pəncərəyə uç, uç...
 
Qorxu sərçəciyi yerdən havaya qaldırdı, o tullanıb qanadlarını çaldı və pəncərəyə uçdu – bir, bir-də pəncərəyə qondu!
 
Az sonra anası da onun yanına gəldi-quyruğu yox idi, amma buna baxmayaraq çox sevincli idi və dimdiyi ilə onun başını dimdikləryərək dedi.
 
- Nə, nə?
 
- Nə deyim?! –Pudik dedi, -Hər şeyi birdən öyrənmək olmur.
 
Pişik isə yerdə oturub pəncəsindən lələkləri təmizləyir, onlara baxır. Təəssüflə miyovlayırdı-kürən, yaşılgöz- və çox yumşaq:
 
- Miyov... elə sərçəcikdir sanki siçandır, miyov... təəssüf...
 
- Və hər şey yaxşı qurtardı, əlbəttə ki anamın quyruqsuz qaldığını nəzərə almasaq.