Xəbərlər

Təhsil Nazirliyi: Şagird yerdəyişməsinə başlanılır

Noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.