Xəbərlər

Qrenlandiyada yeni dinozavr növünün qalıqları tapılıb

Beynəlxalq alimlər qrupu, Şərqi Qrenlandiyada 1994-cü ildə Harvard Universitetinin paleontoloqları tərəfindən aşkar edilmiş iki dinozavrın qalıqlarını tədqiq edərək, bunun əvvəllər elmə məlum olmayan bir növ olduğunu müəyyən ediblər. Onu İssi saaneq - inuit dilində "soyuq sümük" adlandırıblar.

 

İssi saaneq 214 milyon il əvvəl Son Trias dövründə yaşamışdır. Məhz bu dövrdə super qitə olan Pangeya parçalanıb və Atlantik okeanı formalaşmağa başlayıb.

 

İki ayaqlı İssi saaneq orta ölçülü, uzun boyunlu ot yeyən dinozavr olub. Növ zauropodların (indiyə qədər mövcud olan ən böyük quruda yaşayan heyvan) qabaqcıllarından biridir.

 

Komanda sümüklərin mikrokompüter tomoqrafiyasını həyata keçirdi ki, bu da onlara daxili strukturların və hələ də çöküntü ilə örtülmüş sümüklərin rəqəmsal 3D modellərini yaratmağa imkan verdi.

 

“İki kəllənin anatomiyası, sümüklərin bu şəkildə qorunub qalması  bir çox cəhətdən unikaldır. Bu nümunələr, şübhəsiz ki, yeni bir növə aiddir" tədqiqatın müəlliflərindən biri Viktor Bekkari bildirmişdir.

 

“Qrenlandiyada tapılan dinozavr indiyə qədər tapılan bütün zauropodomorflardan fərqlidir. Yəqin ki, bu növün nümayəndələri Braziliyada tapılan Macrocollum və Unaysaurus dinozavrlarəna daha çox bənzəyirdi” Bekkari əlave edib.