Xəbərlər

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri noyabrın 21-dək açıqlanacaq

Təhsil İnstitutunun təşkilatçılığı ilə II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 106 mərkəzdə təşkil olunan müsabiqənin nəticələri noyabrın 21-dək ttm.edu.az saytında yerləşdiriləcək. Müsabiqədə iştirak etmək üçün 14 minə yaxın şagird qeydiyyatdan keçib. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medallarla təltif ediləcək, digərlərinə isə iştirak sertifikatları təqdim olunacaq.

 

Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.