Şeirlər

Mikayıl Müşfiq. Gözünə qurban

Bu qədər baş vermə, səməndər, yaza,
Düşərsən ayağa, başına qurban!
Yazığam, ömrümü vermə güdaza,
Qəmzəli gözünə, qaşına qurban!

 

Bir qara buludam uca göylərdə,
Bu qara baxtımla bizim ellərdə.
Sən neçin ağlarsan mən duran yerdə,
Nərgiz gözlərinin yaşına qurban!

 

Sinən büllur kimi, altında daş var,
Bilməzsən, könlümdə nə iğtişaş var,
Nə qədər ki, mənim gözümdə yaş var,
Olsun ürəyinin daşına qurban!