Şeirlər

Ələmdar Quluzadə. Öyrənə bilmir nənəm

Nə vaxt səhər açılır,

Haçan toran qovuşur.

Nənəm gündə neçə yol

Məndən saat soruşur.

Bu saatın üstündə

Ev dəyir bir-birinə.

Dedim, nənə, saatı

Öyrədəcəyəm sənə.

Onu başa salınca

Yerindən çıxdı çənəm.

Bir saatdır saatı

Öyrənə bilmir nənəm.