Şeirlər
İbrahim Yusifoğlu. Düş gəl yerə güləşək
Həsənəli Eyvazlı. Ləçəklər və damcılar
İlyas Tapdıq. Gün gülsə
Simax Şeyda. Külək
Gəl bu qədər bərk
Əsmə, ey külək.
Dəymiş almalar
Qopur saplaqdan,
Otların üstə
Düşür budaqdan.
Bağı gəz – dolaş,
Əs yavaş – yavaş.
Ancaq arabir,
İkibir, üçbir
Yerə sal – sarı
Ağ almaları.