Təbiət

Ağ səhra

Ağ səhra - Misirin qərb hissəsində ən çox ziyarət edilən yerlərdən biridir. Böyük səhra Saxaranın şərqində, Bahariyə və Farafra vahələri arasındakı yolun üzərində yerləşir. Sahəsi təqribi 300 km²-dir (10 km x 30 km). Qahirə şəhərindən 500 km şərqdə yerləşir.

 

Ağ səhra karst mənşəli təbiət abidələri ilə zəngindir. Milyon illər öncə (təxminən 80 milyon il əvvəl) səhra dənizin dibi olmuşdur. Səhranın ağ olmasına səbəb dəniz mikroorqanizmlərin qalıqlarıdır. Ərazidə baş verən küləklər səhranın səthini sanki başqa planetə bənzədir.

 

2002-ci ildən Ağ səhra Misirin milli parkı elan edilmişdir.

 

Buradakı qayalar inanılmaz çalarlarla göz qamaşdırır - mavi, çəhrayı, narıncı, günəş batanda xüsusilə təsir edici görünür, gecələr isə qumlar qarı xatırladır. Əgər ərazi isti hava kütləsi ilə əhatə olunmasaydı, Arktikada olduğunuzu təsəvvür etmək tamamilə mümkün olardı.

 

Beduinlər buranı bəzi qayaların formasına görə "Vadi Qəzar" və ya "Kök Vadisi" adlandırırlar.