Xanımana Əlibəyli. Ağrımasın qolları
Dərsə gedən bir uşaq,
Çıxdı buz üstə qoçaq.
M.Ə.Sabir
Dərsə gedən bir uşaq,
Səndən bir söz soruşaq:
-Nə durmusan bu tində?
Heç səndən çıxmayan iş!
Məktəbin həyətində ,
Yoldaşlarınla gəziş.
-Yolu dönəndə birdən
Müəllimi gördüm mən.
Onu çox sevirik biz,
Yenə səhər çağında
Sinif dəftərlərimiz,
Doludur qucağında.
Qoymaram daşısın tək,
Uzun – uzun yolları.
Edərəm ona kömək,
Ağrımasın qolları.
01.12.2021