Xəbərlər

“Nağıl dünyasına səyahət” layihəsinə başlanılıb

Uşaqları mütaliəyə həvəsləndirmək məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Nağıl dünyasına səyahət” layihəsinə start verib.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana kiçikyaşlı oxuculara hər həftə müxtəlif xalqlara məxsus nağıllar təqdim edəcək.

 

Uşaqları düzgün tərbiyə etməyin ən gözəl yollarından biri də onlara kitab oxumaqdır. Xüsusilə, uşaqların yaşlarına uyğun nağıl kitabları onların tərbiyəsində və xarakterinin formalaşmasında böyük rol oynayır. Nağılların əksəriyyəti xoşbəxt sonluqda bitdiyindən uşaqlarda ümid, güvənc kimi duyğular yaranır.

 

Şöbənin sistem inzibatçısı Elvira Məmmədova Vladimir Suteyevin “Alma” adlı nağılını səsləndirib. Nağılda qarğa, dovşan, kirpi və ayının almanı necə ədalətli bölməsindən danışılır.