10 dekabr – Ümumdünya Futbol Günüdür
10 dekabr – Ümumdünya Futbol Günü Birləşmiş Millətlər Təşkilatının qərarı ilə qeyd olunur.
Futbol – “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, çsu-çyu adlandırılıb, mənası “ayaqla itələmək” deməkdir. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər.
Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun “top uğrunda mübarizə” adlandırılıb.
Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır.
10.12.2024