Bu maraqlıdır!

Boyumuzun artması niyə dayanır

Yeni doğulmuş körpənin boyu ortalama 50 santimetr olur. İlk 20 il ərzində adamın boyu üç dəfədən artıq çoxalaraq, hardasa 1 metr 70 santimetrə yetişir.


Bəs niyə insan bütün ömrü boyu böyümür? Bədəndə bu böyümə prosesini dayandıran nədir? Orqanizmdə endorkin vəzilər var ki, bizim boyumuzu onlar nəzarətdə saxlayır. Endorkin vəzilərinə bunlar aiddir: boyunda qalxanvari vəzi, beyinə birləşmiş hipofiz, döş qəfəsindəki çəngələbənzər vəzi və cinsiyyət vəziləri. Hipofiz bizim sümüklərimizin böyüməsinə nəzarət edən vəzilərdən biridir. Əgər o həddindən ziyadə intensiv işləyirsə, qollar və ayaqlar çox uzanır, əllər də, ayaqların pəncələri də qeyri-mütənasib böyüyür. Əgər bu vəzi kifayət qədər intensiv işləmirsə, biz cırtdan, ya da başqa sözlə desək, liliput qala bilərik.


Uşaq anadan olanda, onun çəngəlvari vəzisi xeyli böyük olur. Uşaqlıq dövründə bu vəzinin böyüməsi davam edir. 13, yaxud 14 yaşında vəzi sıxılmağa başlayır. Çəngəlvari vəzinin cinsiyyət vəziləri ilə əlaqəsi var. Nə qədər ki, cinsiyyət vəziləri inkişaf etməyib çəngəlvari vəzi işləyir. Elə ki, cinsiyyət vəziləri inkişafa başladı, çəngəlvari vəzinin fəaliyyəti dayanır. Ona görə də insan cinsi cəhətdən tam inkişaf edən kimi onun boy artması dayanır.

 

Hərdən cinsiyyət vəziləri həddindən artıq sürətlə inkişaf edir və çəngəlvari vəzinin inkişafını vaxtından qabaq yavaşladır. Nəticədə, insanın boyu ortadan aşağı olur. Bizim başqa orqanlarla müqayisədə ayaqlarımız inkişafa daha gec başladığından və daha çox böyüməli olduğundan, bu erkən inkişaf onların qısa qalmasına səbəb olur. 


Əslində, biz çox yavaş sürətlə, hətta 25 yaşınadək böyüyürük və təxminən 35-40 yaşlarında maksimal boy həddinə yetişirik. Bundan sonra isə hər 10 ilə təxminən 12 millimetr balacalaşırıq. Bunun səbəbi yaşlandıqca oynaqlarımızdakı və fəqərələrimizdəki qığırdaqların qurumasıdır.