Xəbərlər

11 dekabr -BMT-nin Uşaq Fondu – UNICEF-in əsası qoyulub

BMT Uşaq Fondu – UNİCEF-in əsası 1946-cı il dekabrın 11-də qoyulub. Təşkilat ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF - United Nations İnternational Children’s Emergency Fund) adlandırılıb. 1953-cü ilin aprelində BMT Baş Məclisi Fondun fəaliyyətini müddətsiz elan edib və adını müasir formaya salıb.

 

Təşkilat 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsini qəbul edib.

 

1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələnib. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan edib.


BMT Baş Məclisi 1989-cu ilin dekabrında "Ümümdünya Uşaq hüquqları haqqında" Konvensiyanı qəbul və təsdiq edib.