Xəbərlər

“Bir dayan! Tətil” çoxhissəli animasiya filminin premyerası olacaq

Dekabrın 17-də “Bir dayan! Tətil” çoxhissəli animasiya filminin premyerası keçiriləcək. Tamaşaçılara dörd yeni seriya təqdim olunacaq.

 

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Soyuzmultfilm” studiyasından bildirilib.

 

“Soyuzmultfilm”in direktorlar şurasının sədri Yuliana Slaşeva serialın premyerasını kinostudiyanın müasir tarixində ən məsuliyyətli və həyəcanlı hadisələrdən biri adlandırıb: “Uzun onilliklərdən sonra əfsanəvi qəhrəmanlar indiki uşaqlara öz unikal yumorunu, cazibəsini və bacarıqlarını bəxş etmək üçün ekranlara qayıdıblar. Yeni “Bir dayan! Tətil” keçmişlə gələcək arasında körpüdür, bütün ailə ilə ekranlara toplaşmaq üçün gözəl fürsətdir.”

 

Qeyd edək ki, “Lunapark” adlı ilk seriya “MAER” media holdinqinin Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Nijni Novqorod, Volqoqrad, Samara, Soçi, Tümen, Yekaterinburq, Çelyabinsk, Novosibirsk, Perm və Ufa şəhərlərinin küçələrində yerləşdirdiyi 79 iriölçülü ekranları vasitəsilə nümayiş olunacaq. Həmin gün, dekabrın 17-də “Lunapark”, “Çamadanlarda”, “Daha sürətli, daha yüksək, daha güclü” və “Çimərlik” epizodları “Okko” kino xidmətinin abunəçilərinin ixtiyarına veriləcək.