Nağıllar, hekayələr

Vüqar Adil. Danışır yer kürəsi

Mən Yer kürəsiyəm. Tarixi çox-çox qədimlərə uzanan dogma məkanam. Bəli, bəli, səhv eşitmədiniz. Yer kürəsi… Üzərində yaşadığınız Yer kürəsi.


Mənim qədimliyim haqqında məktəbdə sizə danışıblar. Tarixim minilliklərə kimi gedib çıxır. Artıq yaşımı da unutmuşam. Amma əhəmiyyətli hadisələrin çoxunu yadımda saxlamışam. Üzərimdə qurulan ilk insan yuvası tənhalığımın sonu oldu. Sevincimin həddi-hüdudu yox idi. Həmin gündən insan və təbiətin qarşılıqlı münasibəti yarandı. Sinəmdə neçə-neçə nəsillər yaşadı, sona yerini yenilərinə verdi.


Hə… Çox hadisələrin şahidi olmuşam. Sizin düşündüyünüzdən də çox. Əziz balalar, istəyirəm ki, məni sadəcə torpaq, su, və havadan ibarət cansız varlıq hesab etməyəsiniz. Mən də canlıyam.

Qoynumdakı yaşıl meşələr, gömgöy sular, hərəkətli torpaq-bunlar hamısı sizin üçündür.


Hər birinizin uğurunu və inkişafını gördükcə, ixtiraların kəşflərin şahidi olduqca çox sevinirəm. Dayanmayın, uğurlarınız size yeni qələbələrə səsləsin.


Son zamanlar məni çox düşündürən bir məsələni sizinlə bölüşmək istəyirəm. Təbiətə vurulan zərbə məni çox narahat edir. Axı təbiətə vurulan zərbə insanın sağlamlığına vurulan zərbədir.


Təbii sərvətlər tükənməz deyil. Sizdən əsrlərlə əvvəl də insanlar yaşayıblar və əsrlər sonra da insanlar gələcəklər. Gələcək nəsilləri də düşünün. Axı biz bir ailəyik…Gələcəyi düşünmək bizim mənəvi borcumuzdur.


Heç düşünürsünüzmü, niyə yağış əvvəlki kimi gur yağmır? Niyə bəzi yerlər illərlə qar örtüyünə bürünmür? Niyə sərt şaxtalar düşmür? Çünki mənim də ahəngimin olduğunu unudursunuz. Mənə vurulan zərbələrin sizə də təsir etdiyini unudursunuz. Ehtiyatsızlıq edib yandırdığınız hər meşəyə görə təmiz hava qıtlığı yaranır. Yanğınlardan çıxan tüstü günəşin yerə təsirini azardır. Təmiz su ehtiyatı azalır. Su ehtiyatı az olduqda havaya buxarlanan suyun həcmi də azalır və yağıntılara təsir edir. Sizin təsirinizlə dəyişən mühit size də dəyişir. 


Yaşıllığı hər biriniz sevirsiniz. Dincəlmək üçün yaşıllıqların qoynuna can atırsınız, amma onu qorumursunuz. Dincəldikdən sonra qoyub getdiyiniz plastik torbaları, başqa artıqları yadınıza salmaq istəyirəm. Bilirsinizmi, belə artıqlar heyvanlara necə zərər  verir? Onları da düşünün. Unutmayın ki, heyvanlar da, bitkilər də mənimdir, məni təşkil edən zərrələrdir.


Gəlin dərindən düşünək. Öz evinizi təmiz görmək hər birinizin istəyidir. Məni-hamınızın ümumi evini təmiz saxlamağa niyə səy göstərmirsiniz? Mən təmiz olsam, qidalarınız təmiz olacaq, ağ ciyərlərinizə gedən hava təmiz olacaq. Məni çirkləndirməyə davam etsəniz, öz sağlamlığınızı təhlükəyə atacaqsınız. Özünüzü düşünün. Özünüzdən sona gələcək nsilləri düşünün. Gec deyil, elə bu gündən başlayaraq müsbət dəyişikliklər etmək mümkündür.


Əzizlərim, özünüzü qorumaq üçün məni qoruyun.  


Ümid edirəm ki, sözlərimə qulaq asdıqdan sonra mənə qarşı daha diqqətli olacaqsınız. Axı mən hamınızın eviyəm. Həyətlərdə, evlərdəki dibçəklərdə çiçəklər əkdiyinizi görsəm, parklarda göz oxşayan əlvan rəngli güllərin cərgəsini görsəm, istirahət və əyləncə mərkəzlərində tullantıların zibil qutularına atıldığını görsəm, çiçəkləmiş ağacların güllərinin meyvəyə çevrildiyini görsəm, başa düşəcəyəm ki sözlərim ünvanına çatmışdır. Deməli, dünyanı gözəlləşdirmək üçün işə başlamışsınız.


Növbəti məktublarda şikayətlənəmək arzusu ilə sizdən ayrılıram. Ümid edirəm ki, növbəti məktubum ancaq təşəkkrülərlər ibarət olacaq. Size sevirəm və sevgimin qarşılığını gözləyirəm.