Xəbərlər

Sabah Azərbaycana qış fəsli daxil olur

Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyacaq.

 

Bu barədə AZƏRTAC-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.