Şeirlər

Xanımana Əlibəyli. Rəssam günəş

Rəssam günəş ertə durdu,

Təbiətə min rəng vurdu.

Fırçasını çəkdi dağa,

Göy dənizə, yaşıl bağa,

Gah soluna, gah sağına,

Uşaqların yanağına.

Günəş gözəl bir rəssamdır,

Hər tərəfə rəngi çatdı.

Elə ki gördü axşamdır,

Dağ dalına enib yatdı.