İstiqlal bayramı
Musiqi: Rəşid Şəfəq
Söz: Valeh Mirzə
I
Çiçəkləndi elimiz
Nur səpildi üzlərə,
Talenin bu töhfəsi
Qismət oldu bizlərə.
Nəqarət
Düz niyyətlisən
Bu dünyada sən,
Ey mənim ana
Vətənim!
II
Bizi sevməyənləri
Yandırdıq odumuzla.
Adınla bir səslənən
Müqəddəs adımızla.
Nəqarət
Düz niyyətlisən
Bu dünyada sən,
Ey mənim ana
Vətənim!
III
Böyük tarixi olan
Bir millətin oğluyuq!
İstiqlalı yaradan
Xalqın mətin oğluyuq!