Xəbərlər

Xalça Muzeyində uşaqlar üçün Yeni il şənliyi təşkil ediləcək

Dekabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün Yeni il şənliyi keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, karnavalda balaca dostları uşaqların əl işi olan geyimlərdən ibarət moda nümayişi, konsert, xalça kvest oyunu, bir-birindən fərqli ustad dərsləri, onlar üçün nağıl saatı və əyləncəli proqram gözləyir. Festivala qatılan uşaqlara “Tıq-tıq xanım”, kölgə teatrı janrında “Fitnə” tamaşaları da göstəriləcək.