Yumor

Hövsələsiz

Biri yanındakı dostunu ətrafındakılara tərifləyir, axırda deyir:

 

— Onun müsbət cəhətləri olduqca çoxdur, yeganə nöqsanı hövsələsiz olmağı və tez özündən çıxmağıdır.

 

Dostu bunu eşidib əsəbi halda ona hücum edir və deyir:

 

— Əcəb qəribə adamsan, nə danışdığını bilirsən? Sən nə vaxt görmüsən ki, mən tez özümdən çıxım?

 

Qulaq asanlardan biri dedi:

 

— O, bəlkə, görməyib. Biz ki gördük..