Xəbərlər

Bakı Avropa Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festival keçirilib

Dekabrın 27-də Bakı Avropa Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festival keçirilib. Festivalın əsas ideyası dünya azərbaycanlılarının birlik və həmrəyliyi, milli-mənəvi dəyərlərə hörmət və Vətənin tarixinə bağlılıq hissini şagirdlərə aşılamaqdır. Artıq 7 ildir ardıcıl olaraq keçirilən festivalın bu ilki mövzusu "Azərbaycan Milli Geyimləri" olub.


Azərbaycan xalqının milli geyimləri xalqın uzun və çox çətin  inkişaf yolu keçmiş maddi və mənəvi mədəniyyətinin məhsuludur. Rəngarəngliyi və əlvanlığı ilə seçilən  milli geyimlərimiz Azərbaycanın tarixinin zənginliyinin sübutudur.

 

Tədbirdə Bakı Avropa Liseyinin 20 sinfi iştirak edib. Respublikanın mədəniyyət və incəsənət xadimləri, Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda Azərbaycan Xalça Muzeyinin rəhbərliyi də tədbir iştirakçıları arasında yer alıblar. Şagirdlər qonaqları milli geyimlərimizin hər bir elementi ilə tanış edərək onun tarixi haqqında məlumat veriblər. Qonaqlar musiqi proqramından  da zövq alaraq tam bayram əhval-ruhiyyəsi yaşayıblar.