Musiqi

Tapmaca mahnısı

Musiqi: Qənbər Hüseynli
Söz: Abdulla Şaiq

I

Səhər çağında,
Gilas bağında,
Uçardı bir quş,
Edərdi «Cik-cik»!
Tapın görək nə
Edərdi «Cik-cik»?


II

Axşam çağında,
Ərik bağında,
Uçardı bir quş,
Edərdi «Qa-qa»!
Tapın görək nə
Edərdi «Qa-qa»?


III

Gecə çağında,
Göl qırağında,
Tapın görək nə
Edərdi «Qur-qur»?
Tapın görək nə
Edərdi «Qur-qur»?