Bu maraqlıdır!

Dünyanın ən böyük taxta konstruksiyası

İspaniyanın Sevilya şəhərindəki qeyri-adi müasir memarlıq konstruksiyasına malik “Metropol Parasol” dünyanın ən böyük taxta konstruksiyası hesab edilir.

 

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, alman memar Yurqen Mayer tərəfindən layihələndirilən bina altı nəhəng göbələk formalı çətirdən ibarətdir.

 

Binanın birinci mərtəbəsində bazar, yuxarıdakı terraslarda isə restoran, müşahidə platformaları və arxeoloji muzey yerləşir.