Xəbərlər

Təhsil Nazirliyinin çağrı mərkəzləri yenilənib

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə çağrı mərkəzlərinin əlaqə nömrələrində dəyişiklik edib.

 

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, çağrı mərkəzlərinin əlaqə nömrələrinin xidmət istiqamətləri yenilənib. Bundan sonra yaranan suallarla bağlı nazirliyin çağrı mərkəzlərinin şəkildə qeyd olunan nömrələri ilə əlaqə yaratmaq mümkündür.