Xəbərlər

“Little YARAT” proqramının ustad dərsləri davam edir

YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının növbəti ustad dərsi yanvarın 15-də keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, “Rəssam olaydım” adlı ustad dərsi Azərbaycan Rəngkarlıq Muzeyində Anar Şəmsin iştirakı ilə reallaşacaq.

 

Qeyd edək ki, növbəti usta dərsi yanvarın 22-də Günel Ravilovanın iştirakı ilə “Xəyallar şəhəri” mövzusuna həsr olunacaq. Xatırladaq ki, qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 20:00-dək aparılır.