Tapmacalar

Səyadulla Kərimli. Tapmacalar

Çox sürətlə yeriyən
Ayaqlarım var.
Həmişə cox tələsən
Qonaqlarım var.
Ancaq küçələrim yox,
Binalarım yox,
Yer altında şəhərəm,-
Deyin mən nəyəm?
(Metro)

 

Rənglərimi deyimmi?-
Qırmızı,yaşıl,sarı,
Küçədə durmuşam ki,
Nizamlayım yolları…
(işıqfor)

 

 

Yerim düzənlik,meşə,
Sevilərəm həmişə.
Toplar məni uşaqlar,
Torpağı eşə-eşə.
Başımda papağım var,-
Məni sən axtaranda
Payızda,yazda axtar.
(Göbələk)

 

 

Mənsiz heç zaman yeməzlər xörək,
Ancaq qədərin biləsən gərək.
(Duz)

 

 

Çox uzun quyruğum var,
Yerin altdadır yuvam.
Çox yeri mən gəzərəm,
Hər nə görsəm kəsərəm.
Əlimdən sağ qurtarmaz
Heç bir yeşik,ya kisə.
Ən qorxulu düşmənim,-
Ancaq pişikdir mənim.
(Siçan)

 

Bir az itə oxşaram,
Ancaq ki,yırtıcıyam.
Gözlərim bir cüt fanar
Qorxduğum şeylər də var.-
Çoban,tüfəng,bir də od,
Bəs sevdiyim şey nədir?-
Ah,doğrudan bilmirsiz?-
O da ki,qoyun,quzu…
(canavar)

 

 

 

Tikanlarımla bir-bir
Dalayaram hamını.
Ancaq buna baxmazlar
Dərərlər,doğrayarlar,
Məndən dadlı qovurma,
Kətə hazırlayarlar.
(Gicitkən)