Görkəmli şəxsiyyətlər

Beatris Potter

İngilis yazıçısı, illüstrasiyaçısı və alim  Beatris Potter 1866-cı ildə Londonda Uniteryan aiələdə anadan olmuşdu, təhsilini baxıcılarından almış və digər uşaqlardan təcrid olunaraq böyüdülmüşdü. 


Yeniyetməlik dövründə Potter Londonun sənət qalereyalarına müntəzəm qonaq idi. Xüsusilə Londondakı Kral Akademiyasındakı yay və qış sərgilərini mutəmadi ziyarət edər və bundanhəzz alardı. Potter sənət və yeni incəsənət stillərindən xəbərdar olsa da, onun rəsm üslubu özünəməxsus idi. 


1890-cı illərdə pul qazanmağın bir yolu olaraq Beatris və qardaşı öz dizaynlarına Milad kartlarında, habelə bayram, ad günü kimi xüsusi hallar üçün olan kartlarda yer verərək çap etməyə başladılar. Siçan və dovşanların təsvirləri fantaziya rəsmlərinin əsas mövzusu idi. 1890-cı ildə Hildeşeymer və Faulkner firması Frederik Edvardın "Xoşbəxt cütlük" adlı kitabında çap edə bilmək üçün Potterdən "dovşan Benjamin Banni" nin bir neçə rəsmini satın aldı. 


Onun yaradıcılığında, bütövlükdə isə Britaniya uşaq ədəbiyyatında xüsusi yeri ilə seçilən “Ev dovşanı Piterin nağılı” (“The Tale of Peter Rabbit”) əsəri, eləcə də heyvanların sərgüzəştli həyatından bəhs edən “Dələ Natkinin nağılı” (“The Tale of Squirrel Nutkin”) və “Ev dovşanı Bencaminin nağılı” (“The Tale of Benjamin Bunny”) uşaq ədəbiyyatının ən çox oxunan və sevilən nümunələrindəndir. Bu xanım yazıçının bir gözəl sözünü yada salmaq istərdik: “Biz bütün ömrümüzü evdə keçirə bilmərik, özümüzü dünyaya tanıtdırmalıyıq və bu dünyaya bir macəra kimi baxmalıyıq”.