Xəbərlər

Uşaqlar üçün yeni rəsm müsabiqəsi - “Qarabağın yolları uşaqların gözü ilə”

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı” günü ilə əlaqədar “Qarabağın yolları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə start verilir.

 

Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov məlumat verib.

 

Onun sözlərinə görə, müsabiqəyə işğaldan azad edilmiş rayonların şagirdləri qatıla bilərlər.

 

Müəllif özü haqqında məlumatları (adı, soyadı, ata adı, təvəllüdü, şəhər, rayon adı və təhsil aldığı məktəb) da daxil olmaqla çəkdiyi rəsmi fevral ayının 20-dək agentliyə təqdim etməlidir.

 

Müsabiqə üzrə tələblər:

 

- Müsabiqəyə işğaldan azad edilmiş rayonların şagirdləri qatıla bilər;

 

- Rəsmlər A3 formatından aşağı olmamalıdır;

 

- Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və s.);

 

- Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;

 

- Rəsmlər poçt vasitəsilə göndərilməli və ya agentliyin inzibati binasına təqdim olunmalıdır. Agentliyin ünvanını rəsmi internet səhifəsindən - “aayda.gov.az” - əldə etmək mümkündür.

 

- Müsabiqədə ilk 3 yerin qalibinə hədiyyə, sonrakı 5 yeri tutan iştirakçıya isə həvəsləndirici mükafatlar təqdim olunacaq.

 

Müsabiqəyə təqdim edilən rəsmlər geri qaytarılmır.